Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

“100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf

03.09.2026 22:43 390
“100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf
Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib.

Sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarında atasının pulqabından xəbərsiz pul götürdüyünü bildirib.

E. Ağalarov həmin anları bu sözlərlə xatırlayıb:

"Bax beləcə xırda bir oğruya çevrildim... Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, "ağlın olsun, orda pul çoxdur, hiss etməyəcək”. Biz də oradan 100 dollarlıq əsginası götürdük...

Amma bu əməl məni rahat buraxmırdı, içimi yeyirdi. Doğrudur, heç nə hiss etmədi, məbləğ də böyük deyildi, amma çox utanırdım. Sonra atamın yanına gəlib dedim: "Ata, sənlə danışmaq istəyirəm”. Soruşdu ki, nə etmisən? Dedim ki, pulqabından 100 dollar götürmüşəm, sənə deməmişəm, faktiki olaraq oğurluq eləmişəm. Atam gülüb dedi: "Niyə belə az götürdün? 100 dollar çatdı sizə? Nəyə xərclədiniz?” Dedim ki, uşaqlarla oturub yeyib-içmək istəyirdik. "Yaxşı eləmisiniz” dedi. Soruşdum ki, məndən incimədin? Dedi "yox”.
Bu, həyatımda ilk və sonuncu belə epizod oldu. Amma bu hadisə məni düşünməyə sövq etdi. İndi uşaqlarımla bu mövzuda danışanda başa salıram ki, nə lazımdırsa, həmişə verəcəyəm. Amma mənim arxamca, gizlin iş görülməsin. O vaxt isə mənə bunu heç kim izah etməmişdi, başa salan yox idi”.

Son xəbərlər