Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

AFFA 4 klubu cərimələdi

03.09.2026 21:01 126
AFFA 4 klubu cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edib.

Median.Az
qurumun rəsmi saytına istinadla xəbər verir ki, qərarlara əsasən, 4 klub - “Kəpəz”, “Qəbələ”, “Neftçi” və “Qarabağ” cərimələnib.

“Qəbələ” – “Şamaxı” oyunundan sonra meydançaya kənar şəxsin daxil olması səbəbindən ev sahibi komanda 2500 manat xərcə düşüb.

“Kəpəz” – “Turan Tovuz” matçında 6 futbolçunun sarı vərəqə alması səbəbindən Gəncə təmsilçisinə 700 manat cərimə tətbiq olunub. Oyundan sonra meydana kənar şəxsin daxil olması və azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi səbəbindən isə “Kəpəz” müvafiq olaraq 2500 və 3000 manat cərimələnib.

“Zirə” – “Neftçi” oyununda ikinci sarıdan qırmızı vərəqə alan Elvin Bədəlov 1 oyunluq cəzalandırılıb və bu, “Neftçi”ni 500 manat ziyana salıb. Klub azarkeşlərinin meydana kənar əşya atmasına görə isə daha 2000 manat ödəyəcək.

“Sumqayıt” “Qarabağ”la oyunda azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 5000 manat xərcə düşüb. Həmin matçda birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Kadi Borqes biri şərti olmaqla 3 matç cəzalandırılıb. Klub isə 3000 manat cərimə ödəyəcək. Şərti cəzanın sınaq müddəti 6 ay müəyyənləşdirilib.скачать dle 11.3
Mojo.az Banner