Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi

03.09.2026 21:13 357
Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi
Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovskinin səhhəti ağır olaraq qalır.

Bu barədə onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Nataliya Şarovskaya Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aleksandr Şarovski Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. Həkimlər onun vəziyyətinin yaxşılaşdırılması üçün əllərindən gələni edirlər.

“Vəziyyəti ağırdır, təəssüflər olsun ki, reanimasiyadadır. Həkimlər əllərindən gələn hər şeyi edirlər. Hələlik proqnoz yoxdur, ona görə də heç nə deyə bilmirəm. Amma onlar mümkün olan hər şeyi edirlər”, – deyə Nataliya Şarovskaya bildirib.

O, Aleksandr Şarovskiyə göstərilən diqqət və dəstəyə görə, dərin minnətdarlığını ifadə edib. Aktyorun səhhətinə göstərilən diqqətin ailəsi üçün bu ağır məqamda xüsusilə böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna bizim üçün çox ağır olan bu dönəmdə göstərdikləri böyük dəstəyə görə, sonsuz minnətdaram. Yaşadığımız bu gözəl ölkəyə, insanların sevgisinə, diqqətinə, Aleksandr Yakovleviçə göstərilən belə qayğıya görə səmimi qəlbdən təşəkkür edirəm. Düşünürəm ki, belə münasibət bizim üçün xüsusilə dəyərlidir, çünki biz bu torpaqda doğulmuşuq və burada necə gözəl insanların yaşadığını bilirik”, – deyə o vurğulayıb.

Nataliya Şarovskaya Azərbaycanın Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun daim diqqət və dəstək göstərdiyini də xüsusi olaraq qeyd edib.

“Anar Ələkbərov bizə dəstək olur, mütəmadi olaraq zəng edir, maraqlanır. Ona çox böyük təşəkkür edirəm”, – deyə o qeyd edib.

Aktyorun həyat yoldaşı eyni zamanda tibb işçilərinə göstərdikləri fədakarlığa görə təşəkkür edib.

“Həkimlər çox sağ olsunlar. Bura mümkün olan hər şeyin edildiyi möhtəşəm bir klinikadır. Mən orada oluram və görürəm ki, həkimlər əllərindən gələni əsirgəmirlər. Hətta elə şeylər var ki, artıq onların imkanları xaricində görünür, amma onlar bunu da etməyə çalışırlar. Bu çətin işdə iştirak edən və ağır vəziyyətimizdə bizə dəstək olan hər kəsə çox minnətdaram. Bütün qəlbimlə sonsuz təşəkkürümü bildirirəm. Hamınıza təşəkkür edirəm”, – deyə Nataliya Şarovskaya bildirib.

Son xəbərlər