Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO

13.11.2019 18:26 3 694
Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO
Şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova “Xalq Bank”da girovda olan mənzili ailəsinə geri qaytardığı üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Report-a danışan N.Cəfərova bildirib ki, anasının müalicəsi üçün 2014-cü ildə Mingəçevir şəhərində yerləşən mənzilini girov qoymaqla “Xalq Bank”dan kredit götürüb.

Amma sonradan iki devalvasiya nəticəsində o, kredit borclarını ödəməkdə çətinlik çəkib. Belə olan təqdirdə kredit ödənilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı ilə onun “Xalq Bank”da girovda olan mənzili hərraca çıxarılıb.

Bundan sonra N.Cəfərova məsələni ictimailəşdirmək qərarına gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə onun girovda olan mənzili geri qaytarılıb. Həmçinin, kreditin qalan borcları da Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ödənilib.

N.Cəfərova bildirib ki, həmin ev 1994-cü ildə Azərbaycanın ovaxtkı Prezidenti Heydər Əliyev tərəfindən atasının şəhid olduğuna görə verilib. Şəhid qızı Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə anasının sentyabr ayında əməliyyat olunduğunu da vurğulayıb.

“Sentyabrın 10-da anam ikinci dəfə əməliyyat olunub. Birinci vitse-prezident Mehriban Əliyeva iki ay ərzində mənə iki böyük yaxşılıq etdi. Anamı və evimi mənə qaytardı. Mehriban xanım bizə göstərdiyi diqqət və qayğı ilə bir daha sübut etdi ki, Azərbaycan dövləti şəhidinə böyük diqqət göstərir”, - deyə şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova deyib.

Son xəbərlər