Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Mərkəzi Klinikaya köçürüldü

28.12.2019 18:57 3 786
Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Mərkəzi Klinikaya köçürüldü
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva reanimasiyaya yerləşdirilən Xalq artisti Fəxrəddin Dadaşovla bağlı tapşırıq verib.

Bu barədə "Qafqazinfo”ya Xalq artistinin həyat yoldaşı Gülşən Dadaşova və qızı Pərvanə Dadaşova məlumat verib. Birinci xanımın tapşırığına əsasən kaman ustası hazırda müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdən ("Semaşko” xəstəxanası) Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.

Bir qədər əvvəl isə Prezidentin köməkçisi Anar Ələkbərov Fəxrəddin Dadaşova baş çəkib, Xalq artistinin müalicəsi ilə bağlı məsələlərin ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib.

Qeyd olunub ki, Xalq artistinin müalicəsi üçün bütün zəruri tədbirlər Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, F.Dadaşov dekabrın 27-də saat 20:40 radələrində beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.скачать dle 11.3
Mojo.az Banner