D vitaminin bədəndə rolu və vəzifələri - Hər gün 30 dəqiqə... » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |     20:26 Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır  |     20:21 Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir  |     20:13 Nizami Alışana investisiya üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib  |     20:08 Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb  |     20:01 Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub  |     19:56 Gələn həftə Cənubi Koreya Prezidentinin həbsinin ləğvi ilə bağlı dinləmələr keçiriləcək  |     19:49 Yunanıstan sahillərində zəlzələ baş verib  |     19:43 Alessandro Nesta 7 həftə əvvəl qovulduğu kluba qayıdıb  |     19:37 Perinatal Mərkəzin sabiq direktoru: 6 nəfər vəzifə borcunu yerinə yetirmədiyi üçün yanğın hadisəsi olub  |     19:30 İdxal olunan baytarlıq preparatının tələblərə cavab vermədiyi aşkarlanıb  |     19:22 İlon Mask 59 milyon dollarlıq əsassız xərc aşkar edib  |     19:17 Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib  |     19:10 Çindən Əfqanıstana dəmir yolu marşrutu istifadəyə verilib  |     19:04 Lenin mavzoleyi iki aylıq bağlanacaq  |     19:00 Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq  |     18:59 Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  |     18:58 Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |    

D vitaminin bədəndə rolu və vəzifələri - Hər gün 30 dəqiqə...

COVID-19 epidemiyasından sonra immun sistemini gücləndirmək daha da gündəmə gəldi. Şübhəsiz ki, vitaminlər burda böyük rol oynayır. Bədən üçün zəruri olan və immunitet artırıcı təsir göstərən D vitaminini Günəşdən almaq daha asandır.

Median.Az xəbər verir ki, türkiyəli mütəxəssislər D vitamininin bədən üçün əhəmiyyəti və faydaları tərəflərini sadalayıb.

Əsasən günəş işığından və az miqdarda qidalardan əldə edilən D vitamini kalsiumun mənimsənilməsinə, sümüklərdə kalsiumun saxlanmasına və qandakı kalsiumun səviyyəsinə nəzarət etməyə kömək edir.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) tərəfindən immun sistemini dəstəkləmək üçün təsdiqlənmiş D vitamini iki komponentdən ibarətdir: D2 vitamini və D3 vitamini. Vitamin D3 bədəndə günəş işığı ilə ifraz olunur. D vitamininin bu iki forması zənginləşdirilmiş qidalarda və qida əlavələrində olur.

Yetərli D vitamini ifrazını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər gün maksimum günəşli havada 30 diqəqi gəzməyi tövsiyə edir. Yadda saxlayın ki, günəşli havada çox qalmaqla daha çox D vitamini etmək mümkün deyil. Çünki bədən avtomatik idarəetmə mexanizminə daxil olur və D vitamini aktiv olmayan törəmələrə çevrilir. D vitamini həbləri isə həkim nəzarəti altında istifadə edilməlidir.

Xüsusilə, yağlı balıqları istehlak etmək və yumurta kimi keyfiyyətli protein qəbuluna diqqət yetirmək, orqanizmdə D vitamini səviyyəsini tarazlaşdırmağa kömək edir. Digər tərəfdən, D vitamini vacib olsa da, günəş yanıqlarından ehtiyatlı olmaq lazımdır. Çox yayılmış və çox vaxt ciddi qəbul edilməyən günəş yanıqları ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Körpələr, 4 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı yaşlılar, hamilə qadınlar, günəş işığına məruz qalan işçilər, kök və xroniki xəstəliyi olan insanlar günəş vurması riski altındadır.

Günəş vurmasından qorunmaq üçün maye qəbulunu artırmaq, günəş şüalarının pik saatlarında – küçəyə çıxmamaq, günəşə çıxmadan qoruyucu krem çəkmək və açıq rəngli, açıq rəngli paltar seçmək lazımdır. Kepka və şlyapa da görüləsi tədbirlər arasındadır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 651 17.07.20 23:23