Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:29 Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var  |     23:08 Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı  |     22:51 Azərbaycanda elektromobillərin sayı məlum oldu  |     22:48 Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi  |     22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |    

Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Nijni Novqorodda irqi və milli nifrət və düşmənçilik motivləri ilə cinayətlər törədən ekstremist qruplaşmanın fəaliyyətini ləğv edib, 15 şübhəli şəxs saxlanılıb.

Bu barədə TASS-a Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

"Rusiya DİN-in Ekstremizmə Qarşı Mübarizə Baş İdarəsinin 2-ci şöbəsi, DİN-in Ekstremizmə qarşı Mübarizə Mərkəzi, Kinoloji Xidmət Mərkəzi və Ekspert-Kriminalistika Mərkəzinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ekstremist qruplaşmanın fəaliyyətində iştirakı mümkün olan 15 nəfər, o cümlədən ehtimal olunan təşkilatçı müəyyən edilib. Onların hamısı hüquq-mühafizə orqanlarına gətirilib", - o bildirib.

İ.Volkun sözlərinə görə, mövcud məlumatlara əsasən, kriminal qruplaşmaya kollegial orqan - şura rəhbərlik edib, ümumi kassa və iştirakçıların toplanması üçün məkan olub.

Bundan başqa, polis əməkdaşları qrup üzvlərinə məxsus kompüter avadanlığı, nasist atributları, soyuq və pnevmatik silahlar, həmçinin ekstremist məzmunlu ədəbiyyat aşkar ediblər. RF Cinayət Məsəlləsinin 282.1-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə Cinayət işi açılıb. Hazırda "hərəkat"ın ehtimal olunan təşkilatçısı və iştirakçılarından biri şübhəli şəxs qismində dindirilib. Şübhəlilər həbs olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 10.02.25 20:08