Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:29 Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var  |     23:08 Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı  |     22:51 Azərbaycanda elektromobillərin sayı məlum oldu  |     22:48 Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi  |     22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |    

Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

Onun müdafiəçisi, vəkil Avraam Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.

Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.

Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 10.02.25 21:45