Kolumbiyada regional turnirdə iştirak edən 4 qadın futbolçu ildırım vurması nəticəsində vəfat edib.
Bu barədə adıçəkilən ölkənin “Cauca Hoy” portalı məlumat yayıb.
Hadisə El Real kəndində keçirilən turnir zamanı baş verib.
Daha iki yaralı qadın isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.