“Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:29 Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var  |     23:08 Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı  |     22:51 Azərbaycanda elektromobillərin sayı məlum oldu  |     22:48 Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi  |     22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |    

“Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü

Almaniyada keçirilən hərracda “Mercedes”in əfsanəvi Formula-1 bolidi indiyə qədər satılan ən bahalı Qran Pri avtomobili rekordunu iki dəfə artıraraq tarixə düşüb.

Avtosfer.az xəbər verir ki, Ştutqartda keçirilən hərracda bu tarixi avtomobil 52,92 milyon avroya satılıb. Bununla da o, indiyə qədər satılmış ən bahalı Qran Pri avtomobili olub.

Cəmi dörd nüxsəsi istehsal edilən bu model avtoidman tarixinin ən məşhur yarış avtomobillərindən biri hesab olunur. Onun beşqat Formula-1 çempionu Xuan Manuel Fanxio və britaniyalı əfsanəvi pilot Ser Stirlinq Moss tərəfindən idarə edilməsi avtomobilin dəyərini daha da artırır.
Təxminən 300 km/saat sürətə çata bilən bu bolid "Gümüş Oxlar" ləqəbi ilə tanınıb. O, ilk qələbəsini 1955-ci ildə Buenos-Ayres Qran Prisində açıq təkərli, siqar formalı dizaynı ilə qazanıb.

Ən bahalı Qran Pri avtomobili üzrə əvvəlki rekord Fanxionun idarə etdiyi 1954-cü il istehsalı “Mercedes W196” modelinə məxsus idi. Həmin avtomobil 2013-cü ildə İngiltərədə keçirilən hərracda 29,6 milyon dollara satılıb.

Satışdan sonra IMS kuratoru Ceyson Vansikl bildirib ki: "Bu, möhtəşəm və son dərəcə tarixi bir avtomobildir. Lakin o, bizim kolleksiyamızdan bir qədər kənardadır. Demək olar ki, 60 ildən çoxdur bu avtomobil bizdə idi və muzeyimiz üçün böyük dəyər daşıyırdı".



Bununla belə, bu satış indiyə qədər satılmış ən bahalı idman avtomobili rekorduna çatışmır. İdman avtomobili kateqoriyasında rekord 2022-ci ilin mayında 140 milyon dollara satılan “Mercedes 300SLR Uhlenhaut Coupe” modelinə məxsusdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            105 10.02.25 22:35