Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:29 Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var  |     23:08 Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı  |     22:51 Azərbaycanda elektromobillərin sayı məlum oldu  |     22:48 Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi  |     22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |    

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək

Sabah fevral ayı üzrə pensiyaların ödənişinə başlanılacaq.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Bildirilib ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.

Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Qeyd edək ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 10.02.25 18:59