Şagirdlərə konfet adı altında narkotik maddə təklif olunur? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:29 Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var  |     23:08 Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı  |     22:51 Azərbaycanda elektromobillərin sayı məlum oldu  |     22:48 Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi  |     22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |    

Şagirdlərə konfet adı altında narkotik maddə təklif olunur?

Sumqayıtda məktəblərin birində valideyn qrupuna "çiyələk kviki" adı ilə tanınan narkotik maddənin məktəbin həyətində uşaqlara verildiyi, valideynlərin bununla bağlı diqqətli olmalarının gərəkliyini bildirən xəbərdarlıq göndərildiyi iddia olunub.

Sözügedən xəbərdarlıqda bildirilib ki, çiyələk qoxusu gələn və çiyələk konfetinə bənzəyən bu dərman kristal metamfetamindir.

Həmçinin qeyd olunub ki, onun şokolad, fıstıq yağı, kola, albalı, üzüm, portağal aromatlı versiyaları da mövcuddur.

Buna görə də valideynlərdən uşaqlarına yad adamlardan konfet almamalı olduğunu izah etmələri vurğulanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı oxu.az-a açıqlamasında qeyd edib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir:

"Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            243 10.02.25 14:33