Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:29 Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var  |     23:08 Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı  |     22:51 Azərbaycanda elektromobillərin sayı məlum oldu  |     22:48 Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi  |     22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |    

Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq

Keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və istifadəsi ilə bağlı elan olunan müsabiqə martın 4-də başa çatacaq.

Bu barədə Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, müsabiqə üçün müraciətlər davam edir:

"Hazırda müsabiqəyə 85-dən çox müraciət qeydə alınıb. Düşünmürəm ki, onların hamısı iştirak mərhələsinə də qatılacaq. Yəqin ki, işlə tanışlıqdan sonra ümumi say bir az azalacaq. Martın 4-ü müraciət üçün sonuncu qəbul tarixidir, bundan sonra münsiflər heyəti dəyərləndirmə aparacaq".

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş “Dostluq” kinoteatrının binası 50-ci illərdə o zamanların qaydalarına uyğun olaraq, eyni tipli layihə əsasında inşa olunsa da, təxminən 90-cı illərin ortalarından binada kinofilmlərin nümayişi dayandırılıb və uzun illər boyu bina istifadəsiz qalıb.

Kinoteatrın yenidən qurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə Azərbaycan Memarlar İttifaqı tərəfindən 2024-cü ilin dekabrında açıq müsabiqə elan olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 10.02.25 19:00