Perinatal Mərkəzin sabiq direktoru: 6 nəfər vəzifə borcunu yerinə yetirmədiyi üçün yanğın hadisəsi olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:29 Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var  |     23:08 Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı  |     22:51 Azərbaycanda elektromobillərin sayı məlum oldu  |     22:48 Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi  |     22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |    

Perinatal Mərkəzin sabiq direktoru: 6 nəfər vəzifə borcunu yerinə yetirmədiyi üçün yanğın hadisəsi olub

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O, ibtidai istintaqa verdiyi ifadəsində mərkəzdə baş verən hadisə ilə bağlı bəzi məsələlərə toxunub. Mehriban Abasquliyeva deyib ki, onu mərkəzdə çarpayı sayının xəstə sayından az olmasında günahlandırırlar. Onun sözlərinə görə, bəzi bölgələrdəki perinatal mərkəzlərdə də çarpayı sayı xəstə sayından az olub:

"Mərkəzdə küveyzlərin təhlükəsizliyinə Təbriz Nəzirli cavabdehlik daşıyıb. O, baş verən qısaqapanma barədə mənə hər hansı bir məlumat verməyib. Ümumilikdə 6 nəfər öz vəzifə borcunu lazımınca yerinə yetirmədiyi üçün belə bir hadisə baş verib. Həmçinin məndən əvvəl direktor vəzifəsini icra edən şəxs yanğın təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməyib. Onun vəzifədə olduğu 11 ay ərzində avadanlıqlar yanğınla bağlı önləyici tədbirlərin görülməsi üçün yoxlanılmayıb".

Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            114 10.02.25 19:37