İlham Əliyev iki nəfərə general-mayor rütbəsi verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |     19:51 Cessi Linqard 128 avro cərimələnib  |     19:46 BMT: Ukrayna sakinləri qışda 18 saata qədər işıqsız qala bilərlər  |     19:30 İran Ermənistan paytaxtında ticarət mərkəzi açacaq  |     19:25 Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq  |     19:19 Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB  |     19:11 ABŞ İranın 12 rəsmi şəxsinə sanksiya tətbiq edib  |     19:05 Üzeyir Hacıbəyovun ilk dəfə müəllim kimi fəaliyyətə başladığı məktəbin GÖRÜNTÜLƏRİ  |     18:53 İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib  |     18:33 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb  |     18:17 Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır  |     18:08 "Comedy Club" bağlanır  |     18:00 Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?  |     17:48 Bakının Kövkəb Səfərəliyeva küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq  |     17:46 Azərbaycanda yeni telekanal açılır - VİDEO  |     17:34 Azərbaycanda ata qızını zorla zirzəmidə saxlayıb  |     17:30 Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi  |     16:29 Məşhur reper ona qarşı irəli sürülən ittihamları təkzib etdi  |     16:19 Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur  |    

İlham Əliyev iki nəfərə general-mayor rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları - polkovnik Şahvələd İsmayıl oğlu Əliyev və polkovnik Yusif Həsən oğlu Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant

Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant

Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant

Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant

Əliyev Vüsal Akif oğlu – mayor

Həsənov Nicat Zəfər oğlu – mayor

Əsədullayev Vilayət Fətulla oğlu – kapitan

Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 786 11.02.19 18:05