Mojo.az Banner
17:50 KİV: Ukrayna ABŞ-nin təklif etdiyi sülh sazişinin şərtləri ilə razılaşıb  |     17:45 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     17:39 Bu il sahibkarlar dövlət zəmanəti ilə 124 milyon manat güzəştli kredit alıb  |     17:33 Türkiyədə məhkəmə binasında partlayış: Yaralanan var  |     17:16 Bakıda şadlıq evində kişi oynadığı yerdə öldü  |     17:01 Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb  |     17:00 Kiberpolis qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən iki dəstəni ifşa etdi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ (Video)  |     16:34 Mikayıl Cabbarov Məhəmməd İshaq Dar ilə görüşüb  |     16:11 Azərbaycanın axtardığı şəxs Dağıstanda ƏLƏ KEÇDİ  |     15:48 Bakıda kirayənişin evi QARƏT ETDİ  |     15:29 "Karvan-Yevlax" doğma meydanındakı ilk oyununda 10 200 manat cərimələndi  |     15:03 Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq  |     14:36 14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə - Yüngül cəza verildi  |     14:33 Akademik Tofiq İsmayılovun oğluna və digərlərinə HÖKM OXUNDU  |     14:20 Qazaxıstan Azərbaycandan iki konteyner gəmisi alacaq  |     14:14 Masallıda iki marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     14:12 Masallı və Cəlilabadda 3200 abonentin qazı kəsiləcək  |     14:11 Abşeron və Qaradağda külli miqdarda narkotik və psixotrop həblər aşkarlanıb  |     14:10 "Azəri-Çıraq-Günəşli" yatağında hasilat azalır - SƏBƏB  |     14:07 Litva Belarusa etiraz etdi  |    
Left Banner
Right Banner

İlham Əliyev: "XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır"

06.07.2024 14:51 1 338
İlham Əliyev:
"Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir".

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı bildirib:

"Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır".скачать dle 11.3