Mojo.az Banner
17:40 Pedaqoji ixtisaslarda plan yerlərinin azaldılması gözlənilir  |     17:39 Səfərbərlik Xidmətinin rəisi: "Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub"  |     17:23 Bakıda "UFC Fight Night Baku" turnirinə start verildi  |     17:06 Qran-pri: Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı  |     16:32 Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib  |     15:46 Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)  |     15:41 Azərbaycanda kiçik məbləğli onlayn kreditə tələb artır  |     15:37 Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdülər  |     14:54 Bakıda fəlsəfə doktoru VƏFAT ETDİ - FOTO  |     14:47 Yağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     14:46 Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI  |     14:42 AZAL Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB  |     13:42 Kimlər təyyarə ilə uçmamalıdırlar? - Mütəxəssis riskləri açıqladı  |     13:41 Pakistanda zəlzələ olub  |     13:41 Leyla və Arzu Əliyevalar "CandyFest" yay festivalını ziyarət edib, "Sehrli mirvari" su sirki şousunu izləyiblər - FOTO  |     13:38 Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO  |     13:36 Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO  |     13:28 "Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"  |     13:17 Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA  |     23:00 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılıb?  |    
Left Banner
Right Banner

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə - Yüngül cəza verildi

25.11.2025 14:36 372
14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə - Yüngül cəza verildi
Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax Rayon Mərkəzi Xəstəxanasında ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən prosesdə həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışan Könül Sadıqovaya hökm oxunub.

Onlar Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.

Bildirilib ki, 14 yaşlı Nərminənin əldarağı sümüyündə sınıq olub və B. Mustafayev onun Yevlax xəstəxanasına müraciət etməsinə nail olaraq maddi qazanc əldə etmək məqsədilə cərrahi əməliyyat etməyi öhdəsinə götürüb. Lakin əməliyyatdan əvvəl yeniyetməyə narkoz verildikdə N. Kazımovada allergik reaksiya baş verib və o, şoka düşərək ölüb.

Mərhumun anası S. Kazımova ifadəsində bildirib ki, qızının barmağı hadisədən bir müddət əvvəl oynayarkən çıxıbmış: "Uşağı 2 dəfə Bərdədə sınıqçının yanına aparmışdım, barmağı yerinə salmışdı. Evdə şişin çəkilməsi üçün müəyyən müalicəvi üsullardan da istifadə etmişdim, lakin düzəlmirdi. Sonra uşağı Bərdə RMX-yə apardım, mənə paytaxtda yerləşən Travmatologiya və Ortopediya İnstitutuna göndəriş yazdılar. Bakıda uşağın barmağına baxıb sınıq-qırıq olmadığını bildirdilər, orada bütün müayinələrdən keçdik. Dedilər ki, oraya sınıq-qırığı olanları yollayırlar, mənim uşağımda isə heç nə yoxdur. Sonra müxtəlif xəstəxanalara göndəriş verildi. Biz də bezərək Bərdə rayonuna geri qayıtdıq. Yevlax RMX-də işləyən qohumuma zəng edib mənə kömək ola biləcək həkim olub-olmadığı barədə maraqlandım. Çünki qohumum Yevlax xəstəxanasında həkimin olduğunu söyləmişdi. Yevlaxda işləyən Bəxtiyar həkimin istəyi ilə onlara uşağın sənədlərinin və barmağının şəkillərini göndərdik, bizi oraya çağırdılar".

Onun sözlərinə görə, Yevlaxda Nərminənin əlindən cərrahi əməliyyat olunacağını deyiblər: "Bəxtiyar adlı cərrah qızımın barmağına baxdı və uşağı müalicə edib sağaldacağını dedi. Bildirdi ki, qızımın barmağında vətər dağılıb və revmatizması var, ona görə barmağının şişi çəkilmir. O, qızımın əlini gipsə qoydu, dedi revmatizması aşağı endikdən sonra əlini əməliyyat edəcək. 40 gün sonra gips açılanda barmağın şişi çəkilib getmişdi. Uşağın barmağında böyük cərrahiyə əməliyyatı olunacağı bildirilərək növbəti gün gəlməyimiz tələb olundu".

Zərərçəkmişin hüquqi varisi qeyd edib ki, əməliyyatxanaya daxil olandan sonra xəstəxanada həyəcan yaranıb, lakin ona heç nə deyilməyib. Bir neçə saat sonra isə övladının vəfat etdiyi bildirilib.

S. Kazımova həmçinin iddia edib ki, uşağın daxili orqanları zədələnib: "Üzərində başqa əməliyyatlar aparılıb, amma mənim bütün bunlardan xəbərim olmayıb. Uşaq xəstəxanaya sağlam getmişdi. Hazırda təqsirləndirilən şəxsləri bağışlamışam. Onlar maddi ziyanı ödəyiblər. Təqsirləndirilən şəxslərdən şikayət və tələbim yoxdur".

Yevlax Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü Bəxtiyar Mustafayevə 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

1997-ci il təvəllüdlü Könül Sadıqovaya da 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azdlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası himayəsindəki övladı 13 yaşına çatanadək təxirə salınıb.скачать dle 11.3
Mojo.az Banner