Xırdalanda silahlı insidentdə təqsirləndirilən 5 nəfərə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Xırdalanda silahlı insidentdə təqsirləndirilən 5 nəfərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə proses başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il martın 30-na keçən gecə Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib. Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində törədilib, insident nəticəsində Valeh Nəcəfov (1970-cı il təv.) baş nahiyyəsindən güllələnərək, qətlə yetirilib. Qarın və qol nahiyyələrindən odlu silah xəsarətləri alan Qəbələ rayon sakini Xəyal Paşayev (1985-ci il təv.) Kliniki Tibbi Mərkəzə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb.

Hadisə yerinə Abşeron RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Müayinə zamanı ölən şəxsin əlində
"Makarov" markalı tapança, həmçinin yerdə 7 giliz aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində şübhəli şəxs qisminə Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıblar.

Məhkəmənin hökmü ilə X.Paşayev 19 il, K.Həsənov və B.Bayramov 18 il, A.Ruszpeykar və M.Əhmədov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin olunmasını xahiş edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 904 19.12.18 14:17