Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Mirzoyan: Ermənistan-Türkiyə normallaşma prosesi davam edir

14.03.2025 21:42 1 113
Mirzoyan: Ermənistan-Türkiyə normallaşma prosesi davam edir
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi davam edir.

Bunu Ermənistan parlamenti xarici əlaqələr komissiyasının iclasında xarici işlər naziri Ararat Mirzoyan 2024-cü il üçün hökumət proqramının həyata keçirilməsinin gedişatı və nəticələri barədə hesabatı təqdim edərkən bildirib.

"Türkiyə ilə münasibətlərin normallaşma prosesi davam edir. Diplomatik əlaqələrin qurulması ilə yanaşı, sərhədlərin açılması və aramızda nəqliyyat infrastrukturunun bərpası da əsas məsələlərdir", - o qeyd edib.

XİN başçısı söyləyib ki, Gümrü-Qars dəmir yolunun işə salınması böyük əhəmiyyət kəsb edəcək. Ermənistan və Türkiyə arasında müəyyən razılaşmalar, məsələn, Ani körpüsünün birgə bərpası ilə bağlı razılaşma var.

"Bu, birbaşa hava əlaqəsinin müəyyən edilməsi, hava yolu ilə yük daşımaları üzrə maneələrin aradan qaldırılması ilə bağlı artıq həyata keçirilmiş qərarları tamamlayır. Hələ reallaşdırılmamış razılaşmalarımız var, məsələn, üçüncü ölkə vətəndaşlarının sərhəddən sərbəst hərəkəti, onlar və diplomatik pasportlara malik olan Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədin açılması", - o bildirib.

Son xəbərlər