Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Məcburi köçkünlərin eyni statusu olmayan şəxsə ərə getdikdən sonra müavinət alması təklif edilib

14.03.2025 21:18 672
Məcburi köçkünlərin eyni statusu olmayan şəxsə ərə getdikdən sonra müavinət alması təklif edilib
Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin verilməsi təklif olunur.

Bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb.

Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdikdə, həmçinin sonradan boşandıqda onlar məcburi köçkün statusunu, habelə həmin şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə hüquqlarını itirirlər.

Lakin bu hal ailə vəziyyətini dəyişən kişilərə münasibətdə nəzərdə tutulmayıb.

Sənəddə qeyd edilib ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərin tam araşdırılması və sözügedən bəndin Konstitusiyanın 25-ci maddəsinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyindən müvafiq məsələyə dair mülahizələrin təqdim edilməsi xahiş olunub.

Nəticədə Ədliyyə Nazirliyi tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanan 2024-cü il 18 noyabr tarixli məktubda Konstitusiyanın 25-ci maddəsinin tələblərinə zidd olduğundan Qaydanın 2.4-cü bəndinin ləğv edilməsi təklif olunub.скачать dle 11.3
Mojo.az Banner