Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda narkotik satışında şübhəli bilinən daha 3 nəfər saxlanılıb, 12 kq narkotik dövriyyədən çıxarılıb

14.03.2025 21:25 1 026
Bakıda narkotik satışında şübhəli bilinən daha 3 nəfər saxlanılıb, 12 kq narkotik dövriyyədən çıxarılıb
Binəqədidə polisin əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 29 yaşlı İbrahim Sarmanov və 25 yaşlı Kamran Mütəllimov saxlanılıblar. Həmin şəxslərdən 8 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub.

İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir şəxs - 29 yaşlı Orxan Cabbarov da saxlanılıb. Həmin şəxsdən 4 kiloqrama yaxın marixuana, tiryək və 130 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Qeyd edək ki, Binəqədi rayonunda ilin əvvəlindən həyata keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib. Ümumilikdə 22 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin cari ilin əvvəlindən Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 21 ədəd odlu silah, 172 ədəd patron və 2 ədəd əl qumbarası aşkarlanıb.

Son xəbərlər