Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək LAYİHƏLƏR

14.03.2025 12:58 798
Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək LAYİHƏLƏR
Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək layihələr məlum olub.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, son 20 il ərzində nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhərində avtomobil yolları şəbəkəsinin inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər nəticəsində şəhərdə yeni müasir avtomobil yolları, yol qurğuları, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilərək istifadəyə verilib. Hesabat ilində Bakı şəhərində xüsusilə Bakı-Sumqayıt və Bakı-Lökbatan istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun inşası layihəsi üzrə işlər davam etdirilib və hazırda yekunlaşmaq üzrədir. Bu istiqamətdə sözügedən problemlərin həllinin Bakı şəhərinin Baş planına uyğun (yerüstü metro xətlərinin çəkilməsi, avtomobil yollarının genişləndirilməsi və alternativ avtomobil yolların tikintisi və s.) mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirəcək dairəvi avtomobil yolunun və Bakı Kənar Dairəvi yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirəcək dairəvi avtomobil yolunun layihə sənədlərinin hazırlanması istiqamətində işlər həyata keçirilir.

Binəqədi-Novxanı avtomobil yolunun layihələndirilməsi, Böyükşor-Pirşağı avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində yol qovşağının layihə smeta sənədlərinin hazırlanması (mərhələ 2), Böyükşor yolu, Ziya Bünyadov prospekti, Babək prospekti və 8 Noyabr prospektini birləşdirən yeni magistral avtomobil yolunun layihə smeta sənədlərinin hazırlanması, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində ("Nargilə" kafesinin yanı) yol ötürücüsünün layihələndirilməsi üzrə təkliflər hazırlanıb.

Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş planında qeyd olunan istiqamətlər üzrə metro xətlərinin tikintisi nəzərdə tutulmayıb.

Eyni zamanda, Bakının Baş planına əsasən, Bakı şəhərində və Abşeron yarımadasının ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması və İctimai nəqliyyatın inkişafı ilə bağlı aşağıda qeyd edilmiş bir sıra prioritet tədbirlər nəzərdə tutulub ki, həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Bakı-Sumqayıt və Lökbatan istiqamətlərində, o cümlədən Abşeron yarımadasının ərazisində nəqliyyat sahəsində çətinliklərin azalacağı proqnozlaşdırılır:

- paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın yeni strateji 2-ci şimal giriş-çıxış yolunun yaradılması;

- xarici həlqəvi marşrutların tamamlanması və yarımadanın şimal-şərqi ilə M-1, M-2 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə "Xarici dairəvi yolu-Böyükşor-Ziya Bünyadov prospekti" yeni həlqəvi marşrutunun, habelə Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı kənar xarici həlqəvi yolunun və Lökbatan-Xocəsən-Binəqədi-Böyükşor-Sabunçu yeni xarici həlqəvi yolunun yaradılması;

- Bakı-Sumqayıt şosesində, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının azaldılması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Xocəsən qəsəbəsindən keçməklə Yasamal rayonu ərazisində Kənar Dairəvi yol ilə birləşdirən paytaxtın strateji 3-cü şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması;

- Lökbatan-Xocəsən həlqəvi yolu ilə Sabunçu yol qovşağını birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə Zığ-Hövsan şosesini birləşdirən yeni həlqəvi avtomobil yolunun, o cümlədən Bülbülə gölünün qərbindən keçməklə Sabunçu dairəsi ilə Zığ şosesini birləşdirəcək yeni həlqəvi şəhər magistralının yaradılması.

Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 292s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı"nda 2024-2028-ci illər ərazində avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması ilə bağlı ümumilikdə 541 sayda tədbir nəzərdə tutulub ki, bunlardan 271 ədədi Bakı şəhərində və Abşeron rayonu ərazisində həyata keçirilməli olan tədbirlərdir. Vahid Fəaliyyət Planında 2024-cü il ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə nəzərdə tutulmuş 146 tədbirin 26 ədədi yeni küçə-yol şəbəkəsinin, o cümlədən müxtəlif yol ötürücülərinin inşası, 120 ədədi isə mövcud küçə və yolların təmiri və yenidən qurulması ilə bağlı olub.

Sözügedən Vahid Fəaliyyət Planında (Tədbirlər Planının 8.1.3.1.4-cü yarımbəndi) 2024-2027-ci illər ərzində Bakı-Sumqayıt yeni magistral avtomobil yolunun inşası nəzərdə tutulub. Qeyd edilən tədbirin həyata keçirilməsi nəticəsində Bakı-Sumqayıt istiqamətlərində, o cümlədən Abşeron yarımadasının ərazisində nəqliyyat sahəsində çətinliklərin azalacağı gözlənilir.скачать dle 11.3