Median.Az xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən birgə keçirilmiş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı, oradan 4 ədəd avtomat,
2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.