Ceyhun Bayramov qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb  |     22:53 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb  |     22:31 İzmirdə İŞİD-ə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs olunub  |     22:23 İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb  |     22:15 Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub  |     22:11 “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib  |     22:01 İtaliya Azərbaycana yeni səfir təyin edib  |     21:55 Assanj ABŞ-yə ekstradisiyası ilə bağlı qərara etiraz etmək imkanı əldə edib  |     21:47 İranın müvəqqəti XİN başçısı nazir müavinləri şurasının iclasını keçirib  |     21:41 Xarkova dəyən zərər açıqlanıb  |     21:31 Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA  |     20:18 Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı  |     20:07 Qarabağda yeni idarə yaradıldı  |     19:31 Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşdi  |     16:51 Bekhem Messini buna görə ABŞ-a aparıbmış  |     16:38 "Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi" - 143 milyonluq mənimsəmə  |     16:30 Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlanıb  |     16:29 "Dollar Nizami"yə hökm oxundu  |     16:25 Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?  |     16:17 Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA)  |    

Ceyhun Bayramov qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb, onu Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh prosesinin hazırkı durumu müzakirə olunub.

Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərindən məmnunluq ifadə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və s. istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov COP29-un əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.

Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 10.05.24 14:10