Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |     19:17 Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvünün müraciətinə baxılıb  |     19:17 Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi ilə bağlı Kobaxidzeyə məlumat verib  |     19:16 İstanbulda saxta spirtli içkidən ölən Özbəkistan vətəndaşlarının sayı 23-ə çatıb  |     19:15 Qəzza zolağından İsrailin iki, Tailandın beş vətəndaşı azad edilib  |     19:15 Dörd ölkənin bəzi ərazilərindən ət və quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub  |     19:14 Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb  |     19:13 Azərbaycanda internet infrastrukturunun İnkişafı: Son illərin nəticələri  |     19:13 Azərbaycanı Fransada keçiriləcək "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək  |     19:13 "İslami Cihad" azad ediləcək iki girovu qaytarıb  |     19:12 Yanvarın son gününə olan hava proqnozu açıqlanıb  |     19:11 Azərbaycandakı valyuta hərraclarındakı satış 20 %-ə yaxın artıb  |    

Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA)

"Yaxın aylarda Azərbaycanda düyünün qiymətində hər hansı artım gözlənilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov düyünün qiymətinin bahalaşacağı ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Ekspert düyünün qiymətinin bahalaşması ilə bağlı məlumatın yalnış olduğunu bildirib:

"Son üç ayda bəzi ölkələrdə düyü yığımı başlayıb, istehsalda artım var. Eləcə də Hindistanda düyü istehsalında artımın olması və bundan əlavə təklif çox olduğu üçün dünya bazarında düyünün qiymətində aprel ayında 1,8% ucuzlaşma baş verib. Ümumiyyətlə, apardığımız müşahidələr onu göstərir ki, dənli bitkilərin istehsalında get-gedə artım baş verir. Dənli bitkilərin istehsalı ilə məşğul olan ölkələrdə istehsalda artım görürük. Bu da onu deməyə əsas verir ki, qlobal istiləşmənin daha az təsiri dənli bitkilərədir. Düzdür, düyünün istehsalında sudan istifadə olunur, quraqlıq olan yerlərdə müəyyən təhlükə var".

Vahid Məhərrəmov əlavə edib ki, son vaxtlar daha məhsuldar sortlardan istifadə olunur, buna görə də məhsuldarlıq get-gedə artır:

"Yaxın aylarda hər hansı fors-mayor hallar baş verməsə, düyünün qiymətində artım baş verməyəcək".

Ekspert bu gün Azərbaycanda düyünün qiymətinin yüksək olduğunu vurğulayıb:

"Dünyada düyünün qiyməti son 3 ayda (fevralda 1,6%, martda 1,7%, apreldə 1,8%) aşağı düşüb. Azərbaycanda isə düyünün qiyməti 3 ay davamlı olaraq artıb, aprel ayında da dəyişməyib. Azərbaycan özünün düyüyə olan təlabatının 85%-ni idxal edir. Bu da o deməkdir ki, bizim daxili bazarda qiymətlərimiz idxal olunan düyünün qiymətindən asılı olacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            573 20.05.24 16:17