İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb  |     22:53 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb  |     22:31 İzmirdə İŞİD-ə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs olunub  |     22:23 İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb  |     22:15 Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub  |     22:11 “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib  |     22:01 İtaliya Azərbaycana yeni səfir təyin edib  |     21:55 Assanj ABŞ-yə ekstradisiyası ilə bağlı qərara etiraz etmək imkanı əldə edib  |     21:47 İranın müvəqqəti XİN başçısı nazir müavinləri şurasının iclasını keçirib  |     21:41 Xarkova dəyən zərər açıqlanıb  |     21:31 Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA  |     20:18 Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı  |     20:07 Qarabağda yeni idarə yaradıldı  |     19:31 Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşdi  |     16:51 Bekhem Messini buna görə ABŞ-a aparıbmış  |     16:38 "Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi" - 143 milyonluq mənimsəmə  |     16:30 Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlanıb  |     16:29 "Dollar Nizami"yə hökm oxundu  |     16:25 Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?  |     16:17 Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA)  |    

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma şəhərə qayıdış münasibətilə şuşalıları təbrik edib.

AZƏRTAC xəbər verir ki, Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim olunması mərasimində çıxış edən dövlətimizin başçısı deyib:

“Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 10.05.24 18:27