COP29 töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:15 Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub  |     22:11 “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib  |     22:01 İtaliya Azərbaycana yeni səfir təyin edib  |     21:55 Assanj ABŞ-yə ekstradisiyası ilə bağlı qərara etiraz etmək imkanı əldə edib  |     21:47 İranın müvəqqəti XİN başçısı nazir müavinləri şurasının iclasını keçirib  |     21:41 Xarkova dəyən zərər açıqlanıb  |     21:31 Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA  |     20:18 Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı  |     20:07 Qarabağda yeni idarə yaradıldı  |     19:31 Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşdi  |     16:51 Bekhem Messini buna görə ABŞ-a aparıbmış  |     16:38 "Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi" - 143 milyonluq mənimsəmə  |     16:30 Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlanıb  |     16:29 "Dollar Nizami"yə hökm oxundu  |     16:25 Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?  |     16:17 Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA)  |     16:11 XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"  |     16:10 "Çudo Peçka"nın dövlətə 150 min manatdan çox borcu var  |     15:50 Qəza zamanı ölən uşağın ailəsinin bağışlamadığı şəxsə hökm oxundu  |     15:40 "TikTok" "YouTube"yə meydan oxuyur: 1 saatlıq videolar gəlir  |    

COP29 töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib.

İctimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədilə 500-dən artıq iştirakçı Bakı şəhəri ətrafında bir araya gəlib.

İştirakçılar Bakının Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000 Eldar şamı və zeytun ağacı əkiblər.

Ağacəkmə aksiyasından sonra könüllülərin iştirakı ilə Azərbaycanın bu il ev sahibliyi edəcəyi və dünyanın ən mötəbər tədbiri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan fləş-mob nümayiş etdirilib.

Qeyd edək ki, ağacəkmə aksiyası və fləş-mob COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən birgə təşkil olunub. Tədbirdə dövlət orqanlarının, özəl təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tələbələr və könüllülər iştirak ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 10.05.24 15:22