Mojo.az Banner
23:02 Bakıda qadının meyiti evinin yaxınlığında tapıldı  |     22:57 ABŞ-də güclü zəlzələ oldu  |     22:49 Fransada iki nəfərin MERS virusuna yoluxduğu aşkarlanıb  |     22:44 Yay fəsli 42 gün uzanacaq... - Amma bu, yaxşı xəbər deyil  |     22:36 Bu doğum tarixləri "qızıl illər" hesab olunur  |     22:23 Azərbaycanda iki ada yarımadaya çevrilə bilər - Video  |     22:17 Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli oldu  |     22:09 2026-cı ilin əsas rəngi açıqlandı  |     22:01 İsrailin “Avroviziya 2026”-da iştirakı təsdiqləndi  |     21:53 Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq  |     21:47 Gəncədə 17 yaşlı oğlan bıçaqlandı  |     21:42 Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var  |     21:29 Pilotsuz təyyarələr Zelenskinin təyyarəsinə hücum cəhdi etdi  |     21:24 Rusiyada "SnapChat" bloklandı  |     21:14 Putin Uitkoffla keçirdiyi görüşdən danışdı  |     21:12 Bu şəxlərə 2000 manat veriləcək  |     21:07 Bakıda "Şaxta baba"lar dalaşdı - VİDEO  |     20:59 İsraildə üç qardaş eyni gündə ata oldu  |     20:53 Salyanda ağır qəza - 20-dən çox xırda buynuzlu heyvan tələf oldu  |     20:46 Özbəkistan və Azərbaycan "Üstyurd" layihəsi üzrə əməliyyat şirkəti yaradıblar  |    
Left Banner
Right Banner

Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO

10.05.2024 15:20 1 224
Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
Araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisələrinin əksəriyyətinə yüksək sürət səbəb olur. Müxtəlif addımlar atılsa da, sürət həddini aşanlar var və nəticə təəssüf ki, faciələrin artan sayında özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün dünyada tətbiq edilən müxtəlif texnologiyalar Azərbaycanda da mövcuddur.

Avtosfer.az xəbər verir ki, artıq sürət həddini göstərən yeni radar sistemi, daha dəqiq desək, elektron tablo Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılıb. Bu cür radar sisteminin artıq bir çox ölkədə quraşdırıldığı və çox məşhur olduğu bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsindən bildirilib ki, elektron tablonun quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl etməsidir. Yaxın günlərdə quraşdırılan lövhələr aktivləşdiriləcək. Bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması nəzərdə tutulub.


скачать dle 11.3