Mojo.az Banner
12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025 21:12 420
Bu şəxlərə 2000 manat veriləcək
Kitab Mükafatı Mədəniyyət Nazirliyinin təsis etdiyi ən faydalı müsabiqələrdən biridir. Burada təqribən 58 min manatlıq pul mükafatından bəhs edilir. Qalibə 50 min manat, qısa siyahıya düşən 4 yazara da hər birinə 2 min manat olmaqla pul vəsaiti ödənəcək. Əlbəttə, büdcə imkanlarına görə belə bir məbləğ müəyyən olunub, ancaq burada ianə resursları barədə düşünülsə daha doğru olardı. Yəni bu müsabiqəyə könüllü ianə formasında vəsait köçürülməsi və qalibdən sonra mükafatlandırlanların sayının və ödənişin məbləğinin artırılması məqsədəuyğun olardı. Biz kitaba, ədəbiyyata pul ödəməyi prestij məsələsinə çevirməyə çalışmalıyıq. Kimsə qoy ianə olara bu məqsədlə açılmış bank hesabına minimum 100 manat ödəsin, ancaq bilsin ki, ödədiyi pul kitaba, ədəbiyyat adamına, yazara gedir, Bu həm də yalnız dövlətin deyil, həm də cəmiyyətin bu önəmli tədbirdə iştirakını stimullaşdırma olar.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirib.

"Məhsəti" filminin festifala buraxılmaması məsələsinin mediada yer alan izahı isə düşünürəm ki, çox uğursuzdur. Məhz bu izaha görə həmin filmi Kann festivalında üstün nominasiyaya layiq görə bilərlər. Ümumiyyətlə, filmə ideoloji baxış ağırlıqlı olarsa, çağdaş film yaratmaq mümkün olmayacaqdır. Filmə baxmamışam, ancaq ittiham mətni olduqca zərərlidir. Deyilir ki: "Məhsətini əxlaqsız kimi göstərib!" Görünür bu izahı verənlərin Məhsətinin şeirləri ilə dərindən tanışlığı yoxdur, bəzi rübailəri 18+ məhdudiyyətinə uyğun gəlirsə, o halda onun obrazını komsomol propaqandiaçısı kimi təqdim etmək sənət baxımından nə dərəcədə estetik alınar? Onun həyat ideallarının real təsviri min il öncə yaşamış bir xanımın nüfuzuna xələl gətirməz, ancaq qadın azadlığı motivində çəkilən müasir filmə baxışımıza mübahisəli durum yarada bilər. Hər halda kino sənətinə töfhə vermək istəyən rejissorları, aktorları bəri başdan bu cür ittihamlara məruz qoymaq onların qol-qanadını sındırmaq deməkdir. Həqiqətən ehtiyatlı olmalıyıq. Bu gün səviyyəli film çəkmək üçün böyük vəsaitə ehtiyac var, ayrı-ayrı mesenatları bu işə yönləndirmək üçün çərçivəni bu qədər məhdud götürməməliyik" - deyə Fazil Mustafa əlavə edib.скачать dle 11.3
Mojo.az Banner