Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağın dirçəlişi üçün ianə etmək mexanizmi asanlaşdırıldı - FOTO

15.09.2021 16:26 1 416
Qarabağın dirçəlişi üçün ianə etmək mexanizmi asanlaşdırıldı - FOTO
"8112” qısa nömrəsinə SMS göndərməklə Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradııb.

Fonddan verilən məlumata görə, artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) "8112” qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilər.

SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, Fonda 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək mümkündür.

SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.

Hər hansı bir səbəbdən əməliyyatın uğursuz olması ilə bağlı cavab gələrsə abunəçi əlavə məlumat almaq üçün https://qdf.gov.az/iane-et/sms-telimat səhifəsinə keçid edə bilər. Həmin səhifədə uğursuz əməliyyatlarla bağlı ətraflı məlumat əks olunub.

Qeyd edək ki, SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.

Xatırladaq ki, Fonda vəsait köçürmək istəyən şəxslər SMS ianə ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun rəsmi veb səhifəsi (www.qdf.gov.az/iane-et/), bankların veb saytları və mobil tətbiqləri ("Kapital Bank”, "Azərbaycan Beynəlxalq Bankı”, "Unibank”, "Paşa Bank”, "Express Bank”, "Rabitə Bank” və s.), eyni zamanda onlayn ödəmə platformaları (Hesab.az, AsanPay, Hökümət ödəniş portalı, Portmanat, E-pul) və ödəniş terminalları (MilliÖn, E-Manat) vasitəsilə ödənişi həyata keçirə bilərlər.

скачать dle 11.3
Mojo.az Banner