Mojo.az Banner
22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |     21:23 Ceyhun Bayramov və Hakan Fidan strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:15 Xaçmazda kişi evin həyətində ölü tapıldı  |     21:10 İtaliyanın ən uzun çayı quruyur  |     21:03 İsti hava psixi sağlamlığa ziyandır  |     20:58 "İstədikləri 100 mini vermədiyim üçün mənə bunu edirlər"  |     20:50 Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Video  |     20:45 Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı  |     20:37 Tramp yeni ABŞ pasportunun şəklini paylaşdı  |     20:29 Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?  |     20:22 Xəzərdə 40 min suiti ölüb - Araşdırma  |     20:17 “iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir  |    
Left Banner
Right Banner

Fransada iki nəfərin MERS virusuna yoluxduğu aşkarlanıb

04.12.2025 22:49 492
Fransada iki nəfərin MERS virusuna yoluxduğu aşkarlanıb
Fransada Yaxın Şərq Tənəffüs Sindromu koronavirusu (MERS-CoV) ilə bağlı iki yeni yoluxma halı qeydə alınıb. Hər iki yoluxma ölkəyə xaricdən qayıdan şəxslərdə aşkarlanıb. Xəbər ictimaiyyət arasında narahatlıq yaratsa da, mütəxəssislər yeni epidemiya riskinin çox aşağı olduğunu bildirirlər.

Fransa Səhiyyə Nazirliyinin 3 dekabr açıqlamasına əsasən, MERS-CoV virusu eyni səfərdə iştirak etmiş iki nəfərdə təsdiqlənib. Onların hər ikisi Ərəbistan yarımadasına səfərdən qayıtdıqdan sonra simptomlar ortaya çıxıb və müayinə edilib.

Nazirlik xəstələrin xəstəxanaya yerləşdirildiyini və vəziyyətlərinin stabil olduğunu bildirib. Qeyd edilib ki, bütün zəruri tədbirlər – kontaktların müəyyənləşdirilməsi, testlərin aparılması, izolyasiya və simptomlara nəzarət – aktiv şəkildə həyata keçirilir.

Məlumata görə, hələlik Fransada ikinci dərəcəli yoluxma, yəni insandan-insana ötürülmə halı aşkar edilməyib. Səfərdə iştirak etmiş digər şəxslər də müşahidə altına alınıb.

MERS virusu ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında müəyyən edilib və SARS ailəsinə yaxın olan koronaviruslardan sayılır. O, COVID-19-dan daha ölümcül, lakin daha az yoluxucudur. Virus əsasən heyvanlardan, xüsusilə də dəvələr və yarasalardan insana keçir.

Yaxın Şərq ölkələrində 2012–2015-ci illərdə MERS epidemiyası yüzlərlə insanın ölümünə səbəb olub. 2012-ci ildən 2025-ci ilin noyabrına qədər dünyada 2 640 yoluxma halı qeydə alınıb.

İnsanda MERS-CoV infeksiyası hərarət, öskürək və tənəffüs çətinliyi kimi əlamətlərlə özünü göstərir. İnsandan-insana yoluxma nadir hallarda baş verir, lakin xəstələrlə birbaşa təmas zamanı, tibbi personalın müəyyən tibbi prosedurlar zamanı virusa məruz qalması hallarında və eyni evdə yaşayanlar arasında mümkündür. Virusun inkubasiya müddəti 5–15 gün arasındadır. Fransada son dəfə MERS halları 2013-cü ildə qeydə alınmışdı.

Rəsmi qurumlar hazırda genişmiqyaslı yayılma riskinin çox aşağı olduğunu bildirirlər. Aşkarlanan iki halın hər ikisi eyni səfərlə bağlıdır və ölkə daxilində yoluxma zənciri qeydə alınmayıb.

Səhiyyə Nazirliyi vəziyyətin nəzarət altında olduğunu, bütün profilaktik tədbirlərin görüldüyünü və ictimaiyyət üçün dərhal təhlükə olmadığını vurğulayır.скачать dle 11.3
Mojo.az Banner