18:00 Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO  |     17:52 Tanınmış rusiyalı aktyor 40 yaşında vəfat etdi  |     17:36 Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin aparılması qaydası təsdiqləndi  |     17:33 Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı  |     17:32 Pakistan Hindistanla sərhəddə hava məkanını bağladı  |     17:31 İtaliyada "İnter"in qapıçısı avtomobillə əlil arabasında olan şəxsi vurub öldürdü  |     17:30 Agentlik küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib  |     17:22 Bakıda və rayonlarda güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ  |     17:08 Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvlərinə dair qərar verildi  |     17:05 Salyanda qaz təchizatında fasilə yaranacaq  |     16:15 Azərbaycanda ödəniş kartlarının sayı 13 faiz artıb  |     16:13 ABŞ-li reper P.Diddi vaxtından əvvəl azadlığa buraxıla bilər  |     16:09 Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO  |     15:57 Tiktoker "Beniz"ə ittiham elan olunub  |     14:22 Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu  |     14:16 Bu tarixdə qar yağacaq - XƏBƏRDARLIQ  |     13:49 Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ  |     13:38 Şirkətin 57,4 min manatını mənimsəyən satıcı-anbardar azadlığa buraxıldı  |     13:33 Büdcədən icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalmasının səbəbi açıqlandı  |     13:28 Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahid ifadələrində MARAQLI MƏQAMLAR  |    

İrandan qayıtmış qadında və İtaliyadan gəlmiş tələbədə koronavirus aşkarlanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda, müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlimiş xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti stabildir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda stabil normaldır.

Qeyd edək ki, hazırda Azərbaycanda koronavirusa yoluxmuş 12 nəfər var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 350 11.03.20 20:35