Rusiyalı məşhur reper axtarışa verildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:13 Xankəndiyə prokuror təyin edilib - FOTO  |     15:11 Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı  |     15:08 Şəkərli diabet xəstələrini işdən çıxarmaq QADAĞANDIR? - HÜQUQİ İZAH  |     15:07 DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"  |     15:06 Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib  |     14:07 Atmosferi çirkləndirən obyektlər cərimələnib  |     13:55 Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb  |     13:37 Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?  |     13:13 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olub  |     13:04 Rəisin vəfatı ilə əlaqədar Livanda 3 günlük matəm elan edildi  |     12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |     12:08 Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ  |     12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |     12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |    

Rusiyalı məşhur reper axtarışa verildi - FOTO

Rusiyalı reper “Oxxxymiron” (Oksimiron, əsl adı - Miron Fyodorov) axtarışa verilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında xəbər verilib.

Bildirilib ki, musiqiçi “Cinayət Məcəlləsinin maddəsi ilə” axtarışa verilib.

Hüquq-mühafizə orqanlarının yerli mediaya açıqlamasına görə ifaçıya qarşı Rusiyanın xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, “Oxxxymiron”u cərimə və BƏƏ-də çıxış etmək qadağası gözləyir. Aydınlaşdırılıb ki, yerli dövlət qurumları reperi etnik nifrətin qızışdırılmasına və siyasi bəyanatlara görə yoxlayır. Buna səbəb Oksimironun yanvarın 11-də Dubayda verdiyi konsertdə Rusiya əleyhinə açıqlamaları olub.

2023-cü ilin oktyabrında Sankt-Peterburqun Oktyabr Rayon Məhkəməsi “Oxxxymiron”un treklərindən birinin Rusiyada yayılmasına qadağa qoyub. Musiqi əsərində Rusiyanın ərazi bütövlüyünün pozulması ilə nəticələnə biləcək hərəkətə çağırışlar müəyyən edilib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 09.05.24 21:59