Livanda İran prezidenti və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə əlaqədar ölkədə 3 günlük rəsmi matəm elan edilib.
İran prezidenti İbrahim Rəisinin dünən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bəzi rəsmilərlə birlikdə olduğu helikopter qəzaya uğrayıb.
Akıncı PUAsı tərəfindən aşkar edilən vertolyot qalıqlarının koordinatları İran rəsmiləri ilə paylaşılıb və qəzada sağ qalanların olmadığı müəyyən edilib.
Livanın baş naziri Nəcib Mikatinin başsağlığı mesajı Livanın rəsmi xəbər agentliyi NNA tərəfindən paylaşılıb.
Başsağlığı mesajında İran prezidenti və xarici işlər naziri Abdullahiyanın helikopter qəzasında həlak olması ilə əlaqədar Livanda 3 günlük rəsmi matəm elan edildiyi bildirilib.
//azxeber