Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |     13:39 Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - AÇIQLAMA  |     13:34 Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi  |     12:38 Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var  |     12:35 Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR - İDDİA (VİDEO)  |    

Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur

ABŞ-nin Braun Universitetinin alimləri belə qənaətə gəliblər ki, solyaridən (dərinin süni yolla qaralması - red) istifadə dəri xərçənginin ən ölümcül növü olan melanoma xəstəliyinə daha tez-tez tutulmaya gətirib çıxarır.

“Report” xəbər verir ki, bununla bağlı tədqiqat “Journal of Investigative Dermatology” elmi nəşrində dərc edilib.

Mütəxəssislər, melanoma xəstəliyinə tutulma halları ilə ABŞ-nin şimal-şərqindəki Yeni İngiltərə regionunda bölgə səviyyəsində solyaridən istifadə əlaqəsini qiymətləndiriblər. Tədqiqat, melanomaya tutulma halları ilə solyari arasında əhəmiyyətli əlaqəni aşkarlayıb.

Alimlər altı yüksək riskli qrup, yeddi aşağı riskli qrup və melanomaya tutulmalarda artım aşkarlayıblar. Nəticələr göstərib ki, Yeni İngiltərə dairəsinin sakinləri süni qaralma studiyasına nə qədər az getsələr, dəri xərçəngi xəstəliyinin inkişaf riski o qədər aşağı olub.

Alimlərin fikrincə, onların kəşfi ictimai səhiyyə strategiyalarını tənzimləməyə və insanları süni qaralma studiyalarından gələn həyat təhlükəsi barədə xəbərdar etməyə yardımçı olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            333 08.11.24 20:27