Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəraitdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
Median.Az "Report"a istinadən xəbər verir ki, KIA markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində KIA markalı, 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan bir nəfər yanaraq külə dönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
* * * * *
Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin sahibi Rusif Nəzərov bildirib ki, hadisə səhər saat 6 radələrində baş verib.
Avtomobilin alovlandığını görən qonşular yanğına müdaxilə etməyə çalışıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Avtomobildə ölən şəxsin kimliyi hələ ki bəlli deyil. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə: