Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |     11:20 Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib  |     11:09 Qəzanın görüntülərini yayan bloger 10 sutkalıq həbs olundu  |     23:05 Sumqayıtda iynədən şoka düşən kişi ölüb  |     22:53 Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)  |    

Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb

Qəzza sektorunda hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 43 508 nəfərə, yaralıların sayı isə 102 684 nəfərə yüksəlib.

Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində 39 fələstinlinin həlak olduğunu, daha 123 nəfərin isə yaralandığını açıqlayıb.

BMT-nin məlumatına görə, Qəzza sektorunda hərbi əməliyyatlar səbəbindən əhalinin 85 faizi məcburi köçkün vəziyyətinə düşüb. Eyni zamanda, Fələstin anklavında infrastrukturun 60 faizi dağılıb.

Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı Qəzza zolağında öldürülənlərin təxminən 70%-nin qadın və uşaqlar olduğunu iddia edən hesabat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            318 08.11.24 21:45