COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:07 Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  |     22:00 İki rayonda ev yanıb  |     21:52 Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib  |     21:45 Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb  |     21:39 Türkiyədə zəlzələ olub  |     21:33 Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var  |     21:26 Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq  |     21:20 Türkiyə ordusu İraqda terrorçulara məxsus mağara aşkarlayıb, xeyli ləvazimat ələ keçirilib  |     21:14 UEFA Çempionlar Liqası matçı zamanı vəfat edən azarkeş Lüksemburq millisinin keçmiş baş məşqçisi olub  |     21:05 Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 16 terrorçu öldürülüb  |     21:00 Pakistan XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib  |     20:52 COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb  |     20:47 Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli bayram konserti keçirilir  |     20:40 Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilib - VİDEO  |     20:32 Xüsusi təyinatlı: Şuşa əməliyyatlarında dərələrdən keçərək gözlənilməz istiqamətlərdən hücum edirdik  |     20:27 Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur  |     20:19 ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək  |     20:13 Argentinada sahibkar 100 pinqvinin ölümündə təqsirli bilinib  |     20:04 Alimlər mikroplastiklərin hava və iqlimə mənfi təsirini aşkarlayıblar  |     19:58 Rusiyanın Gümrüdəki baş konsulu vəfat edib  |    

COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq ediləcək.

Median.Az
Musavat.com-a istiandən xəbər verir ki, COP29 günlərdə Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq. Həmçinin, bölgələrdən gələn avtomobillər üçün şəhərin giriş postlarında yoxlamalar aparılmayacaq.

Bakıda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər.

Yasamal və "Şamaxinka" adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Beləliklə tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.

Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar "Şamaxinka" ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar.

Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq.

Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            327 08.11.24 19:20