Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:01 İtaliya Azərbaycana yeni səfir təyin edib  |     21:55 Assanj ABŞ-yə ekstradisiyası ilə bağlı qərara etiraz etmək imkanı əldə edib  |     21:47 İranın müvəqqəti XİN başçısı nazir müavinləri şurasının iclasını keçirib  |     21:41 Xarkova dəyən zərər açıqlanıb  |     21:31 Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA  |     20:18 Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı  |     20:07 Qarabağda yeni idarə yaradıldı  |     19:31 Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşdi  |     16:51 Bekhem Messini buna görə ABŞ-a aparıbmış  |     16:38 "Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi" - 143 milyonluq mənimsəmə  |     16:30 Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlanıb  |     16:29 "Dollar Nizami"yə hökm oxundu  |     16:25 Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?  |     16:17 Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA)  |     16:11 XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"  |     16:10 "Çudo Peçka"nın dövlətə 150 min manatdan çox borcu var  |     15:50 Qəza zamanı ölən uşağın ailəsinin bağışlamadığı şəxsə hökm oxundu  |     15:40 "TikTok" "YouTube"yə meydan oxuyur: 1 saatlıq videolar gəlir  |     15:37 Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     15:13 Xankəndiyə prokuror təyin edilib - FOTO  |    

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Tədbirlərdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 10.05.24 17:17