Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 İran Ali məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib  |     16:30 Bakıda qəzalı binaya sahib çıxan yoxdur - Sakinlər evlərində gecələməkdən qorxurlar - VİDEO  |     16:27 Ov mövsümü açıq elan edilib  |     15:50 Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadıldı  |     15:30 On min manatadək QƏNAƏT: Füzulidə bəzi yas mərasimləri LƏĞV OLUNUB  |     15:10 Gələn aydan daha bir müavinətin məbləği artacaq - Deputat AÇIQLADI  |     15:03 İranda hərbi təyyarə qəzaya uğrayıb  |     14:29 Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb  |     14:17 İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ  |     13:48 Paşinyanın qaynının malikanəsi qarət edildi, o isə gizlətdi - SƏBƏB  |     13:22 Göyçayda tələbə qızların zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI (YENİLƏNİB)  |     13:05 Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı  |     12:58 Ağdaşda uşağın üzərinə nərdivan aşıb: Azyaşlı ölüb  |     12:48 Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib  |     12:31 Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs edildi  |     12:20 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI  |     12:20 İmişlidə qəzada zərərçəkənləri DİN rəhbərliyi qəbul edib  |     12:17 Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb  |     12:06 Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısında  |     12:03 Sumqayıtda avtomobil yanıb  |    

Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq

Rüşvətalma, dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Vurğun Mənsimovun cinayət işinin detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, o, 1 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.

O, çalışdığı müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq edib, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət alıb və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı edib.

Belə ki, Vurğun Mənsimov 71 445 manat dövlət büdcəsi vəsaitini mənimsəyib, 8 000 manat dələduzluq edib və 3 000 manat rüşvət alıb.

Məhkəmənin hökmü ilə sabiq direktor 5 il azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 20.11.24 14:22