Novruz bayramı günü əmisi arvadını öldürən şəxslə bağlı qərar açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 BBC: Anomal istilər avropalılar üçün ölümcül olub  |     18:11 Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub  |     17:51 Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib  |     17:25 Dubaydan gələn Azərbaycan vətəndaşının əl yükündə 548 karat brilyant aşkarlandı  |     16:58 "VKontakte" sosial şəbəkəsində genişmiqyaslı xəta baş verdi  |     16:21 Ermənistan ŞƏT-ə üzv olmaq niyyətini açıqladı  |     15:41 Attestata səhv qiymət yazan direktor cəzalandırıldı  |     15:37 Konsulluq əməkdaşları Bakıda saxlanılan Rusiya vətəndaşları ilə görüşəcəklər - Zaxarova  |     15:01 Emin Rusiyadakı konsertini təxirə salır? - FOTO  |     15:00 Şimali Kipr Türk Respublikasının prezidenti Füzuli rayonuna gedib  |     14:51 Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhdudlaşdırılıb  |     14:50 Alyona Əliyeva Leyla Əliyevanı təbrik etdi - FOTO  |     14:32 Pakistanın baş naziri Azərbaycana yola düşüb  |     13:44 İsrail prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb  |     13:38 "Crocus City Hall"da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar  |     13:31 Özbəkistan prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb  |     13:30 Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü  |     13:30 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     12:42 Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək  |     12:33 Dövlət xidməti 62 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib  |    

Novruz bayramı günü əmisi arvadını öldürən şəxslə bağlı qərar açıqlandı

Sumqayıt Apellyasiya Məhkəməsində əmisi arvadının qətlində təqsirləndirilən Tofiq Balacayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Balacayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin 21 mart tarixində Xaçmaz rayonunun Yergüc kəndində, kənd sakini Səfurə Əlişah qızı Balacayeva qətlə yetirilib. Onun qaynının oğlu, 27 yaşlı Tofiq Nofəl oğlu Balacayev tərəfindən qətlə yetirildiyinə şübhələr müəyyən olunub. Həmin şəxs saxlanılıb. O, istintaqa verdiyi ifadəsində törədiyi cinayəti etiraf edib.

Tofiq Balacayevin 66 yaşlı əmisi arvadı Səfurə Balacayevanın başına ağacla çoxsaylı zərbələr vurub öldürdüyü məlum olub.

Xaçmaz Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9 maddəsi ilə cinayət işi başlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            468 31.10.24 14:51