Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib
Median.Az bu barədə RBK-ya istinadla xəbər verir.
Ağalarovun sözlərinə görə, iş qrafikində dəyişiklik edildiyi üçün konsert 5 iyul 2026-cı il tarixinə təxirə salınıb.
"Bu məkan regionda ən populyardır, ona görə də konsert üçün yaxın tarixləri razılaşdırmaq mümkün olmadı. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik", - deyə müğənni vurğulayıb.
Bildirilir ki, köhnə biletlər etibarlı olacaq.
