Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND |
Mojo.az Avto
Mojo.az Avto

Eminin Amerika səfəri niyə təxirə salındı? - AÇIQLAMA (VİDEO)

22.01.2019 12:22 4 110
Eminin Amerika səfəri niyə təxirə salındı? - AÇIQLAMA (VİDEO)
Müğənni Emin Ağalarov yanvar ayının sonu, fevral ayının əvvəlinə planlaşdırılan ABŞ və Kanadaya qastrol səfərlərini təxirə salıb

Azərbaycanın Xalq artisti bu haqda “Instagram” səhifəsində yazıb.

“Əziz dostlarım, mən bu ismarıcı yazmaq istəməsəm də, yaranmış şəraitin “əsiri olmuşam” və buna görə ABŞ və Kanadaya planlaşdırdığım turu təxirə salmağa məcburam. Təəssüflər olsun ki, bunu istəməsəm də belə alınıb.

Biz bu turu bir il əvvəl planlaşdırmışdıq və çox istəyirdik ki, hamı üçün konsert verək. Bilet almış hər bir kəsdən səmimi qəlbdən üzr istəyirəm. Gözlənilən bütün dəyişikliklər haqqında sizə yaxın zamanda məlumat verəcəyik”, -deyə Emin “Instagram” səhifəsində yazıb.

“CNN”nin məlumatına əsasən, müğənninin ABŞ və Kanada turnesini təxirə salmasına səbəb, onun nümayəndəsinin Amerikanın xüsusi prokuroru Robert Müller və Konqress komitələri ilə razılığa gələ bilməməsi olub.

Eminin vəkili Skott Balber “CNN” telekanalına müsahibəsində planlarda baş verən dəyişikliyi Müllerin aparatı və Konqres nümayəndələri ilə aparılan konsultasiyaların uğursuzluğa düçar olması ilə əlaqələndirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Demokratik partiyasının nümayəndələri Eminin Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmək cəhdlərində iştirak etdiyi iddiasını irəli sürüb.


Son xəbərlər