Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR |
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı

14.11.2026 14:23 90
Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Heydər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin - 2000-ci il təvəllüdlü, Beyləqan rayon sakini Yusif Cabir oğlu Yusifli hadisə yerində ölüb. Sürücü, 2004-cü il təvəllüdlü Heydər Telman oğlu İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İttihama görə, hadisə axşam saatlarında baş verib. Yusif Yusifli dostları ilə birlikdə Bakıdan Qubaya istirahətə gedib. Onlar axşam saatlarında yeyib-içdikdən sonra Yusif Heydərlə birlikdə Quba şəhərində gəzməyə yollanıb. İddialara görə, spirtli içki qəbul etmiş dostlar şəhər mərkəzində qəzaya uğrayıblar.

Son xəbərlər