Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR |
Mojo.az Avto
Mojo.az Avto

Emin konserti təxirə sala bilməsə, biletlərin pulunu geri qaytaracaq

23.01.2019 16:49 4 605
Emin konserti təxirə sala bilməsə, biletlərin pulunu geri qaytaracaq
Musiqiçi Emin Ağalarov ABŞ-dakı qastrolları başqa tarixlərə keçirə bilməsə, öz amerikalı pərəstişkarlarının biletlərə xərclədikləri pulları geri qaytaracağını söyləyib.

Median.Az
xəbər verir ki, o, ABŞ tərəfinin ona qarşı irəli sürdüyü ittihamların “fantastika aləmi”ndən olduğunu bildirib.

Daha əvvəl musiqiçinin vəkili Skott Balber NBC telekanalına bildirib ki, ABŞ-ın “Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller rusiyalı müğənni E.Ağalarovun sorğu edilməsi üçün müraciət göndərib. Dünən E.Ağalarov “Twitter” hesabından ABŞ və Kanadaya qastrol səfərlərini ondan asılı olmayan səbəblərə görə təxirə saldığını bildirib.

“Mən heç bir qanunu pozmamışam, gizlədəcəyim heç nə yoxdur. Əgər nəticədə məni hardasa tutub kameraya oturdacaqlarsa və uzun illər ifadə verəcəyəmsə, nə etmək olar? Taleyin hökmü belə olacaq. Əlbəttə ki, istəməzdim elə olsun, ancaq yenə də mən heç bir sərhədi, qanunu pozmamışam. Prinsipcə, bu gülməlidir. Müzakirə olunan və irəli sürülənlərin hamısı “fantastika aləmi”ndəndir”, - deyə E.Ağalarov “Rossiya 24” telekanalının efirində deyib.

Daha əvvəl ABŞ mətbuatı yazmışdı ki, ABŞ prezidentinin oğlu kiçik Donald-Tramp 2016-cı ilin iyununda “Crocus Group” şirkətinin rəhbəri Araz Ağalarovun oğlu E.Ağalarovun vasitəsi ilə guya Kremldə əlaqələri olan rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşüb və ona Hillari Klintona qarşı kompromat hazırlamağı tapşırıb. Sonradan kiçik Tramp bildirib ki, N.Veselnitskayada heç bir önəmli məlumat olmayıb.

www.oxu.az

Son xəbərlər