Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda yeni konstitusiya ilə bağlı müzakirələr yenidən başlayır

03.07.2025 20:22 1 215
Ermənistanda yeni konstitusiya ilə bağlı müzakirələr yenidən başlayır
Ermənistanda Konstitusiya islahatı üzrə Şuranın uzun müddətdən sonra ilk iclası iki həftə sonra keçiriləcək.

Median.Az
yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan hökumətin iclasından sonra bildirib.

Onun sözlərinə görə, Konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər, lakin müddət müzakirələrin gedişatından asılıdır. Nazir qeyd edib ki, layihənin müzakirəsi açıq ola bilər.

"Mətn hazırlanma mərhələsindədir. Əsas konseptual müddəalar üzrə müzakirələr aparılacaq və yalnız bundan sonra sənəd ictimaiyyətə təqdim ediləcək", - o bildirib.

Nazir, həmçinin əlavə edib ki, müzakirələrin yekununda layihədə əhəmiyyətli dəyişikliklər ola bilər. Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsinə mümkün düzəlişlər məsələsi də müzakirə olunacaq.

Martın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi üçün referendum keçirməyi planlaşdırılır. Bununla yanaşı, baş nazir əlavə edib ki, onun komandasında referendumun 2026-cı ildə parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğunluğu barədə fikirlər səslənir.

Yeni qanunvericiliyə əsasən, İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiya şirkətin fəaliyyətində ciddi pozuntular aşkar edərsə və araşdırma apararsa şirkətin rəhbərliyini dəyişə biləcək.

Bu halda komissiya şəbəkə sahiblərini müvəqqəti olaraq idarəetmədən kənarlaşdırmaq və müvəqqəti menecer (o, energetika və ya idarəetmə sahəsində ən azı 5 il iş təcrübəsi olan mütəxəssis olmalıdır) dəvət etmək hüququna malikdir.

Xatırladaq ki, şirkət paylayıcı şəbəkələri idarə edir, yüksək gərginlikli infrastruktur isə dövlət mülkiyyətində qalır.

Son xəbərlər