Mojo.az Banner
22:27 Netanyahu iyulun 27-də Trampın dəvətilə Vaşinqtona səfər edəcək  |     22:22 Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama  |     22:15 Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib  |     22:08 Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü  |     21:59 "Biləcəri" dairəsində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırıldı  |     21:54 Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO  |     21:46 Xocalı faciəsini "Haray"la dünyaya çatdıran rejissorun doğum günüdür  |     21:40 Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı  |     21:32 "Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"  |     21:27 Evini sığortalamayanları nə gözləyir?  |     21:19 Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı  |     21:14 Şəki məktəbi şagird yoxdur deyə bağlanır? - Rəsmi açıqlama  |     21:08 Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı (VİDEO)  |     20:55 Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video  |     20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |     20:41 İki nəfər minaya düşərək ölüb  |     20:34 Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlandı  |     20:29 Xlorlu su dərini quruda bilər - Dermatoloqdan məsləhətlər  |     20:24 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:15 İspaniyada meşə yanğınları tüğyan edir  |    
Left Banner
Right Banner

AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR

02.07.2025 22:46 1 167
AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR
2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus "Embraer E190" təyyarəsi ilə bağlı daha bir maraqlı təfərrüat üzə çıxıb.

Median.Az
xəbər verir ki, təfərrüatı Minval.az saytı dərc edib.

Qeyd edək ki, ötən gün redaksiya Rusiya Müdafiə Nazirliyinin əmri ilə təyyarəyə atəş açıldığını iddia edən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukun məktubunu, həmçinin təyyarənin vurulma anını əks etdirən videonu yaymışdı.

Paladiçuk izahat məktubunda etiraf etmişdi ki, o, 75564 saylı hərbi hissənin 1-ci zenit raket-artilleriya diviziyasının 274 saylı "Pantsir-S" daşınabilən zenit raket kompleksi döyüş maşını ekipajının rəisidir. Onun sözlərinə görə, AZAL təyyarəsin Qroznıya yaxınlaşarkən vurulduğu vaxt (25 dekabr 2024-cü il) şəhərdə döyüş növbətçiliyində olub.

O, 1 nömrəli hazırlıq səviyyəsinə keçmək və hədəfi məhv etmək əmrini aldıqdan sonra hərəkətlərini xronoloji ardıcıllıqla ətraflı bildirib.

Bununla belə, eyni məktubdan və ona əlavə edilmiş telefon danışıqlarından məlum olub ki, Paladiçuk "Pantsir-S"dən iki atəş açsa da, mülki təyyarənin siluetini tanımayıb, çünki döyüş maşını nasaz vəziyyətdə olub və o, yalnız Rusiya Müdafiə Nazirliyinin əmri ilə hərəkət edib.

Dindirilmə zamanı Paladiçuk ifadəsində bildirib ki, o, 2024-cü ilin dekabrında Qroznı şəhərinin obyektlərinin mühafizəsi və müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının operativ tabeliyinə daxil olub. Bundan əvvəl o, Suriyada xidmət edib. Atəşlərin açıldığı 274 saylı döyüş maşını 2017-ci ildən orada yerləşdirilib. Maşına lazımi texniki qulluq göstərilməyib və Qroznıya çatdıqdan sonra onda radar məlumatlarından istifadə edərək hədəfləri axtarmaq, hədəflə raketin bir-birinə münasibətdə harada yerləşdiyini müəyyən etmək üçün nəzərdə tutulmuş avtonom optik postun işində problemlər yaranıb.

Bu problem üzündən döyüş maşınının heyəti hədəfin siluetini aydın şəkildə ayırd edə bilməyib və kapitan Paladiçukun sözlərinə görə, 2024-cü il dekabrın 15-də o, artıq kor-koranə hava hədəflərini atəşə tutmalı olub.

Həmçinin döyüş maşınında çoxfunksiyalı radiolokasiya stansiyası nasaz olub. Termal görüntü cihazı da nasaz olub.

Səs yazılarında kapitan Paladiçukun baş verənlərlə bağlı hərbçi yoldaşlarının suallarına cavab olaraq, sözügedən vəziyyətlə bağlı şəxsi şərhləri yer alır. Belə ki, onlardan biri ilə danışıqlarda Paladiçuk deyib: "Bəli, Maks, mən iki dəfə atəş açdım. Mən əməliyyat əmrini verdim, raketlər yan keçəndən sonra dedi ki, bu, öz təyyarəmizdir. Başım ağrıdı, hələ də qorxu içindəyəm. Az qala özümüzünküləri öldürəcəkdim. Nə yaxşı ki, yan keçiblər. Bilmirəm, atış məsafəm və azimut tamam başqa idi, fərqli bir istiqamətə atdım, amma raketlər məhv etmək üçün gedirdi, uçub gedəndən sonra qalıqlar təyyarəyə dəyə bilərdi. Mən vizual olaraq heç nə görmədim, aparatla bağlı problemlərim var idi. Pilotsuz təyyarələr həm qərbdən, həm də cənubdan yaxınlaşırdı. Mənim iki istiqamətim var: şimal-qərb və cənub-qərb. Müstəntiqlər məni incitdlər, bütün sənədləri götürdülər. Yaxşı ki, Suriyadan jurnallar qaldı, onları atmadım", - deyə Paladiçuk etiraf edir.

"Uçan dronların siluetlər demək olar ki, fərqlənmir. Çoxfunksiyalı radiolokasiya stansiyası və optik-elektron sistemdə problem var. Hətta 4 km məsafədə mən sadəcə böyük bir ləkə görürəm və təyyarə tipli dronu heç ayırd edə bilmirəm. Suriyada daha uzaq məsafələrdə siluetləri ayırd edirdim, burada isə elə də yox. Maşın 2017-ci ildən Suriyanın cənubunda olub, iş başında idi və təbii olaraq ehtiyat hissələrinin 90%-i təmin olunmurdu", - ekipaj rəisi başqa həmkarına deyir.

"Pantsir-S" Qroznıda yerləşərkən vəziyyəti qənaətbəxş olmayıb, bu da hadisənin səbəblərindən biridir. Kapitan Paladiçuk iddia edir ki, atəş açmaq qərarı 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının növbətçisinin əmri əsasında verilib. Eyni zamanda, "Pantsir-S"in ekipajının aşkarlama avadanlığı işlək vəziyyətdə olmayıb, bu da hədəfi müəyyən etməyə imkan vermirdi.

İş irəlilədikcə məlum olub ki, Paladiçuk döyüş maşınının standart rabitə avadanlığının sıradan çıxması səbəbindən növbətçidən atəş əmrini mobil telefon vasitəsilə alıb ki, bu da müəyyən edilmiş təlimatların kobud şəkildə pozulmasıdır və yüksək rəhbərlik tərəfindən qeyri-adekvat münasibətdən xəbər verir.

Belə çıxr ki, 38 nəfərin həyatına son qoyan faciə Rusiya Federasiyası Müdafiə Nazirliyinin, daha doğrusu, Hərbi Hava Qüvvələrinin 4-cü Ordusunun 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının və Rusiya Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiəsi diviziyasının rəhbərliyinin günahı ucbatından baş verib. Hərbi rəhbərlik döyüş maşınının ekipajı üçün lazımi xidmət şəraitinin yaradılmasını təmin etməyib, həmçinin bu ekipajın hərəkətlərinə lazımi nəzarəti həyata keçirməyib.скачать dle 11.3
Mojo.az Banner