Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulmasının növbəti təsdiqi

01.07.2025 22:09 846
AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulmasının növbəti təsdiqi
ASTRA "Telegram" kanalı "Minval"ın AZAL təyyarəsinin vurulması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verilməsinə dair məqaləsində adıçəkilən kapitana zəng edib.

Rusiyanın ASTRA nəşri daha əvvəl "Minval" tərəfindən dərc edilmiş məlumatların həqiqiliyini təsdiqləyib və 25 dekabr 2024-cü il tarixində Qroznı səmasında vurulan "Embraer E190" sərnişin təyyarəsi ilə bağlı məqalədə adıçəkilən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukla əlaqə saxlayıb.

Anonim məktubda yer alan izahat yazısında Paladiçuk hədəfi məhv etmək əmrini telefonla aldığını iddia edir.

Paladiçuk ASTRA ilə söhbətində rəsmi şərh verməkdən imtina etsə də, izahat yazısının yazılması faktını inkar etməyib:

"Mən indi Rusiya ilə Azərbaycan arasında nə baş verdiyini bilirəm... Başa düşürsünüz, müharibə gedir, mən ümumiyyətlə siyasətdən uzağam".

Rusiya pablikinin fikrincə, Paladiçuk həqiqətən də hava hücumundan müdafiə qüvvələrində xidmət edib.

Son xəbərlər