Mojo.az Banner
14:23 Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?  |     14:22 Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı  |     14:21 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı  |     14:19 Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu - 17 yaşlı oğlu saxlanıldı (Yenilənib)  |     14:17 Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları (Video)  |     14:16 Azərbaycan nefti bahalaşıb  |     14:14 Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür  |     14:13 "Volkswagen" 208 min avtomobili geri çağırır - Səbəb  |     14:12 Ofislərdə xəstəlik yayan əsas bakteriya mənbələri hansılardır? - Həkimdən vacib tövsiyələr  |     14:12 Mərkəzi parkda narahatedici mənzərə: Şüşələr insanların üzərinə tökülə bilər? - Video  |     14:10 Məktəb başladı, müəllim işdən çıxarıldı: 28 valideyndən etiraz - Video  |     14:06 Bağça müəllimlərinin sertifikatlaşdırılması prosesinin necə aparılacağı müəyyənləşib  |     13:52 Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video  |     13:49 Şimşək çaxacaq, dolu düşəcək  |     13:47 Ombudsman erməni əsilli məhkumların saxlanma şəraiti ilə bağlı iddialara cavab verdi  |     23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu (FOTO)

22.07.2025 22:24 843
AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu (FOTO)
AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur.

Median.Az
-ın "Minval Politika"ya istinadən verdiyi xəbərə görə, bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib.

Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

Dərc olunan anonim məktuba əsasən, 2024-cü ilin dekabrında kapitan Paladiçukun döyüş heyəti Tolopiloya tabe olub.

Orada, həmçinin bildirilir ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor Tolopilo cinayət məsuliyyətindən yayınıb. O, günahı Rusiyanın Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin Rostov Mərkəzinin şəxsi heyətinin üzərinə atıb, "Pantsir-S" hava hücumundan buraxılan raketlərin özünü məhv etdiyini və təyyarəyə zərər verə bilməyəcəyini iddia edərək bilərəkdən yalan ifadələr verib. Bu iddialar Rusiya Federasiyası İstintaq Komitəsinin 505-ci Hərbi İstintaq Şöbəsi tərəfindən aparılan daxili araşdırma ilə təkzib edilib.


Məlum olub ki, "Pantsir-S" ekipajı texniki və təşkilati cəhətdən lazımi vəziyyətdə olmayıb, bu da mülki təyyarənin vaxtında tanınmasına mane olub. Buna baxmayaraq, general Tolopilo nəinki cəzalandırılmayıb, hətta vəzəfəsi yüksəldilib - o, Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiəsinin 11-ci qvardiya ordusunun komandirinin müavini təyin edilib.

Bundan əlavə, kapitan Paladiçukun Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 14-cü Ordusunun mobil ehtiyatının 80-ci zenit-raket alayının komandirinə ünvanlanmış 16 dekabr 2024-cü il tarixli hesabatı əlavə edilib ki, Paladiçuk və onun ekipajı həmin vaxt HHM-nin 51-ci diviziyasının komandiri olan general-mayor Tolopilonun əməliyyat tabeliyində olub.скачать dle 11.3
Mojo.az Banner