Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır - Son qiymətlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |     11:45 BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya  |     11:44 Azərbaycan Polisi 107 yaşında  |     11:42 Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO  |     11:36 Goranboyda "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA  |    

Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır - Son qiymətlər

Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 25,3-27,5 manat arasında dəyişir.

Son bir neçə aydır 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətində heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 25,3 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 27,5 manata "Azeri-Arapoğlu U.S və
Məlumat üçün bildirək ki, Azərbaycanda unun topdansatış qiymətilə pərakəndə satış qiyməti arasında kəskin fərq var.

Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pərakəndə satış şəbəkələrində (marketlər) 1 kiloqram unun orta satış qiyməti 1 manat 50 qəpik təşkil edir. Hazırda 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətinin 25-26 manat (1 kiloqram – 50-52 qəpik) olduğunu nəzərə alsaq, o zaman unun marketlərdə topdansatış qiymətindən təxminən 3 dəfə baha satıldığı görülür.

Onu da qeyd edək ki, marketlərdə xaricdən idxal olunan un yerli un ilə müqayisədə daha baha satılır. Belə ki, marketlərdə idxal unun 1 kiloqramının orta satış qiyməti 1 manat 70 qəpik təşkil edir. Bu ilin ilk 8 ayı ərzində Rusiyadan Azərbaycana gətirilən unun 1 kiloqramın orta gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) 49 qəpik (29 sent) olub. (Yeniavaz.com)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            606 15.10.24 22:57